Modern.az

Rusların törətdiyi təyyarə faciəsi - Qərar bu tarixdə veriləcək

Rusların törətdiyi təyyarə faciəsi - Qərar bu tarixdə veriləcək

15 Avqust 2022, 18:10

Niderlandın Haaqa Məhkəməsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin vurulması ilə bağlı qərarı noybarın 17-də açıqlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" Niderland məhkəməsinə istinadən məlumat yayıb.

 

Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub. 

 

Məlum olub ki, təyyarə Rusiyanın “Buk” zenit-raket kompleksi tərəfindən vurulub. Həmin ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində iş üzrə dinləmələr başlayıb.

 

Məhkəmə 2020-ci ilin mart ayından davam edir, iş üzrə təqsirləndirilən şəxslərdən üçü Rusiya və biri Ukrayna vətəndaşıdır. Ötən ilin dekabrında Niderland prokurorluğu dörd müttəhimə ömürlük həbs cəzası verilməsini tələb edib. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi