Modern.az

Odessa sahilində partlayış - 3 nəfər öldü

Odessa sahilində partlayış - 3 nəfər öldü

15 Avqust 2022, 18:49

Ukraynanın cənubunda yerləşən Odessa vilayətində partlayış baş verib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Qara dənizdə partlayıcı qurğunun işə düşməsi nəticəsində suda üzən üç nəfər həlak olub.

 

Yerli polis rəsmiləri daha iki nəfərin yaralandığını açıqlayıb. Ölən və yaralananların mülki şəxs olduğu deyilir.

 

Məlumata görə, tikintidə işləyən bir neçə nəfər çimərlikdəki maneələrə və xəbərdarlıq nişanlarına məhəl qoymadan Belqorod-Dnistrovski rayonunda dənizdə çimib və hadisə məhv bu zaman baş verib.

 

"Suda naməlum obyektin partlaması nəticəsində 25, 32 və 53 yaşlı üç kişi həlak olub", - polisin açıqlamasında qeyd olunub.

 

Xatırladaq ki, bu yay Ukrayna hakimiyyəti Rusiya ilə müharibə səbəbindən çimərlikləri bağlayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi