Latviya Ukrayna Hərbi Hava Qüvvələrinə dörd helikopter bağışlayıb.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Artis Pabriks məlumat verib.
Helikopterlərin tezliklə döyüşlərdə istifadə ediləcəyi bildirilib. Təhvil verilən helikopterlərdən ikisinin Mi-17, digər ikisinin Mi-2 olduğu qeyd edilib.
"Helikopterlər hərbi əməliyyatların aparılmasına və insanların həyatını xilas etməyə kömək edəcək", - deyə nazir vurğulayıb.
Akif İsmayılov