Modern.az

ABŞ-dan güc nümayişi - Yeni raket sınaqdan keçirildi

ABŞ-dan güc nümayişi - Yeni raket sınaqdan keçirildi

16 Avqust 2022, 19:48

ABŞ ordusu "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını sübut edib. Raket təxminən 6760 km məsafə qət edib və Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb.

 

Hərbçilər daha əvvəl 300-ə yaxın belə sınaq keçirildiyini bildiriblər.

 

"Boeing" şirkəti tərəfindən istehsal edilən və nüvə başlığı daşıya bilən "Minuteman III" ABŞ ordusunun strateji silahlarından biri hesab edilir. Raket 9660 km məsafəyə malikdir və saatda təxminən 24 000 km/saat sürətlə hərəkət edə bilir.

 

Qeyd edək ki, bundan əvvəl mətbuatda raketin sınaqlarının bu ayın əvvəlində keçirilməsi planlaşdırıldığı bildirilib. Ancaq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri nəticəsində Çinlə yaranan gərginlik səbəbindən sınaq təxirə salınıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi