Modern.az

Şiddətli istilərdən sonra Parisə sel gəldi - Küçələr su altında qaldı

Şiddətli istilərdən sonra Parisə sel gəldi - Küçələr su altında qaldı

16 Avqust 2022, 23:31

Fransada günlərlə davam edən isti hava dalğasının ardınca paytaxt Parisdə güclü yağış yağıb və fırtına olub.

 

Modern.az "The Local" qəzetinə istinadən xəbər verir ki, Parisdə günorta saatlarında yağan leysan yağış nəqliyyatı iflic edib.

 

Yağışa görə bəzi metro stansiyaları müvəqqəti bağlanıb, bir çox küçələr su altında qalıb.

 

Meteorologiya xidməti son vaxtlar müşahidə olunan isti dalğasından sonra bu gün ölkənin bir çox bölgəsində güclü yağış və fırtına proqnozlaşdırmışdı.

 

Ölkənin cənub-qərb bölgəsində tufan və yağış riski ilə bağlı xəbərdarlıq elan edilib. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi