Modern.az

Bayden 430 milyardlıq sənədi imzaladı

Bayden 430 milyardlıq sənədi imzaladı

17 Avqust 2022, 08:26

ABŞ Prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan tədbirlər paketini imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Bildirilib ki, qanun layihəsi bir çox tədbirləri, o cümlədən federal büdcə kəsirinin, vətəndaşların səhiyyə xərclərinin azaldılması, eləcə də iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.

 

Eyni zamanda iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur. Bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

 

ABŞ hakimiyyəti həyata keçiriləcək tədbirlərin gələcəkdə inflyasiyanın azaldılmasına səbəb olacağına ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi