Böyük Britaniyanın Baş naziri Boris Conson Yunanıstanın Evbeya adasındakı çimərlikdə istirahət edərkən görüntülənib.
Modern.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, Conson ailəsi ilə birlikdə Afina yaxınlığında yerləşən Evbeya adasına istirahətə yollanıb.
Yerli sakinlərin sözlərinə görə, baş nazir çimərlikdə kitab oxuyurmuş.
“Borisin bu çimərliyi necə tapdığını bilmirəm. Hətta illərdir burada yaşayan yerli sakinlər belə, bu çimərliyi tanımırlar. Onun ailəsi və müşayiətçiləri isə orada yeganə insanlar idi. Ora gözəl yerdir, amma istidən daldalanacaq kölgə yoxdur, ona görə də baş nazir orada uşaqları ilə çox qala bilməzdi”, - deyə şahidlərdən biri deyib.
Həmin şəxs əlavə edib ki, Conson ailəsi daha sonra iki avtomobillə oradan ayrılıb.