Modern.az

Odessaya raket hücumu - İstirahət mərkəzi və evlər dağıldı

Odessaya raket hücumu - İstirahət mərkəzi və evlər dağıldı

17 Avqust 2022, 09:47

Ukraynanın Odessa vilayətinə raket zərbələri endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat yayıb.

 

Rusiyanın hücumu nəticəsində istirahət mərkəzi, eləcə də bir neçə fərdi yaşayış yeri dağılıb. Hadisə zamanı azı 3 nəfərin xəsarət aldığı bildirilir. 

 

S. Bratçuk hazırda xilasetmə əməliyyatlarının aparıldığını vurğulayıb. Əlavə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi