Modern.az

Bu ölkənin deputatları da Tayvana gedir

Bu ölkənin deputatları da Tayvana gedir

17 Avqust 2022, 22:00

Kanada parlamentinin deputatlarından ibarət nümayəndə heyəti oktyabrda Tayvana səfər etməyi planlaşdırır.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə kanadalı deputat Cudi Sqro məlumat verib.

 

Sqro bildirib ki, parlamentin ticarət komitəsinin üzvləri bir müddətdir adaya səfər etmək istəyir. Onun sözlərinə görə, Tayvana səfər etməkdə məqsəd Çin üçün problem yaratmaq deyil.

 

"Söhbət ticarətdən, dostluqdan, Kanada üçün bütün Asiya Sakit Okean regionundakı imkanlardan gedir", - deyə deputat qeyd edib.

 

Sqro Kanada deputatlarının keçmişdə ildə iki dəfə Tayvana səfər etdiklərini, lakin koronavirus pandemiyası səbəbindən dayandıqlarını vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu ayın əvvəlində Tayvana səfər edib.

 

 Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi