Rusiyada son sutkada 33 106 nəfər koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, rəsmilər yoluxma sayının bu ilin mart ayının ortalarından bəri ən yüksək rəqəm olduğunu bildirib.
Məlumata görə, son sutka ərzində 63 nəfər koronavirusdan ölüb.
Rusiya iyulun əvvəlində koronavirusla əlaqədar məhdudiyyətləri, o cümlədən maska taxmaq tələbini ləğv edib. Vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiq olunacağı istisna edilmir.
Akif İsmayılov