Modern.az

Xarkov yenidən vuruldu - ÖLƏNLƏR VAR

Xarkov yenidən vuruldu - ÖLƏNLƏR VAR

18 Avqust 2022, 00:32

Ukraynanın Xarkov şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Oleq Sinequbov bildirib.

 

"Təəssüf ki, Saltivka rayonunun atəşə tutulması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 16 nəfər yaralanıb", - o, "Telegram"da bildirib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında hücumdan təəssüfləndiyini deyib: "Bu, heç bir əsası olmayan mülki şəxslərə qarşı məkrli və rüsvayçı zərbədir, təcavüzkarın gücsüzlüyünü göstərir. Biz bağışlaya bilmərik. Biz bunun qisasını alacağıq".

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi