Modern.az

Ruslar Ukrayna ordusunu sutkada 800 dəfə atəşə tutur

Ruslar Ukrayna ordusunu sutkada 800 dəfə atəşə tutur

18 Avqust 2022, 00:47

Ukrayna ordusunun cəbhə xətti boyunca mövqeləri Rusiya hərbçiləri tərəfindən sutka ərzində 700-800 dəfə atəşə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

 

O qeyd edib, Rusiya ordusu hər gün 40-60 min mərmi istifadə edir. Zalujninin sözlərinə görə, rusların əsas səyləri Ukrayna hərbçilərinin Donetsk vilayətindən çıxarılmasına yönəlib.

 

İndi ən gərgin vəziyyət Avdeevka-Maryinka istiqamətindədir.

 

"Düşmən atəşindən ən çox Nikolaev, Xarkov, Marqanets, Nikopol və Berezneqovatoy zərər çəkib", - Zalujni vurğulayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi