Çexiya prezidenti, 77 yaşlı Miloş Zeman cümə axşamı planlı tibbi müayinədən keçmək üçün Praqadakı Mərkəzi Hərbi Hospitala (CVH) yerləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin məıtbuat katibi İrji Ovçaçek bildirib.
Lakin o, prezidentin Mərkəzi Hərbi Hospitalda qalma vaxtını açıqlamayıb.
Ovçaçekin sözlərinə görə, prezidentin məzuniyyəti bu həftə başa çatır və gələn həftə artıq bir sıra işgüzar görüşlər, xüsusən də xarici diplomatlar və baş nazir Petr Fiala ilə danışıq planlaşdırılıb.