Modern.az

Lvovda üçtərəfli görüş 40 dəqiqə çəkdi - YENİLƏNİB

Lvovda üçtərəfli görüş 40 dəqiqə çəkdi - YENİLƏNİB

Dünya

18 Avqust 2022, 18:59

Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

 

Görüş zamanı Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələlər müzakirə edilib.

 

***

18:07

 

Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" informasiya agentliyi məlumat yayıb.

 

Görüş Potoçki sarayında keçirilir. 

 

Bundan əvvəl Zelenski Ərdoğan və Quterreşlə ayrı-ayrılıqda görüş keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi