Modern.az

Rusiya Kalininqrada qırıcılar göndərdi

Rusiya Kalininqrada qırıcılar göndərdi

18 Avqust 2022, 21:22

Rusiya Kalininqrad vilayətinə 3 ədəd MiQ-31E döyüş təyyarəsi yerləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qırıcıların hipersəs sürətə malik "Kinjal" raketləri ilə təchiz edildiyi bildirilir. Təyyarələr gecə-gündüz növbətçilik edəcək.

 

Bu gün Finlandiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya məxsus iki MiQ-31 təyyarəsi Finlandiya körfəzində, Rusiyadan 150 km (90 mil) məsafədə yerləşən Porvoo şəhəri yaxınlığında ölkənin hava məkanını pozub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi