Modern.az

Ermənistan tezliklə Rusiyaya cavab verəcək - Qalmaqal böyüyür

Ermənistan tezliklə Rusiyaya cavab verəcək - Qalmaqal böyüyür

18 Avqust 2022, 22:03

Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyindən nota alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib.

 

Onun sözlərinə görə, Rusiyaya tezliklə müəyyən edilmiş qaydada cavab veriləcək.

 

Xatırladaq ki, avqustun 17-də Rusiya Ermənistana etiraz notası verib. Notada İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışa görə Rusiyaya qarşı səsləndirilən ittihamlardan narahatlıq ifadə olunub.

 

"Məqsəd Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini pozmaqdır. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin, o cümlədən zəruri ictimai şərhlərin qarşısını almaq üçün addımlar gözləyirik”, - notada qeyd olunub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi