Türkiyə İstanbul formatında danışıqların davamı olaraq müharibənin dayandırılması üzrə danışıqların bərpası üçün bütün lazımi dəstəyi verməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz beynəlxalq ictimaiyyətin diplomatik prosesin bərpası üçün dəstəyini xüsusi qeyd etdik. Ümid edirəm ki, müharibə nəhayət, danışıqlar masası arxasında başa çatacaq. Zelenski və Quterreş də bununla razıdırlar. Məsələ ən qısa və ən çox olanı müəyyən etməkdir. Danışıqlar masasına doğru ədalətli yolu seçməkdir”, - deyə Ərdoğan bildirib.
Prezidentin sözlərinə görə, İstanbulda danışıqlar bərpa oluna bilər:
"İnanıram ki, mart ayında İstanbulda aparılmış müzakirələr əsasında danışıqlar bərpa oluna bilər. Biz bunun üçün hər cür dəstəyi göstərməyə və yenidən vasitəçi rolunu oynamağa hazırıq".