Ukraynadakı müharibə Qərbin hökmranlığına son qoyacaq.
Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Almaniyanın “Tichys Einblick” nəşrinə müsahibəsində bildirib.
Onun fikrincə, Ukraynada müharibə başa çatdıqdan sonra Avropa İttifaqı əvvəlkindən daha zəif olacaq.
Orban onu da deyib ki, müharibədən başqa ölkələr və regionlar faydalanacaq. Birincisi, Qərb Ukraynadakı müharibədə hərbi yolla qalib gələ bilmir, ikincisi, sanksiyalar Rusiyada heç bir şəkildə sabitliyi pozmayıb, üçüncüsü, onların Avropaya vurduğu ziyan böyükdür, dördüncüsü, dünya ABŞ və Ukraynadan arxada durmayıb.
Baş nazir, həmçinin qeyd edib ki, dünyanın əksər hissəsi Qərbi dəstəkləmir. “Çin, Hindistan, Braziliya, Cənubi Afrika, ərəb dünyası, Afrika... Tamamilə mümkündür ki, bu konkret müharibə nümayişkaranə şəkildə Qərbin üstünlüyünə son qoysun”.
Akif İsmayılov