Əlcəzairdə meşə yanğınları nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin "Ennahar" televiziyası məlumat yayıb.
Məlumata görə, xəsarət alanların sayı 183 nəfərə yüksəlib. Meşə yanğınları əsasən dağlıq ərazilərdə müşahidə edilir və qurbanlar ölkənin şərq hissəsində yerləşən Əl Taref və Setif əyalətlərindəndir.
Rəsmilər bildiriblər ki, meşə yanğınlarının böyük hissəsi söndürülüb, bəziləri nəzarət altına alınıb.
Qeyd edək ki, bir il əvvəl Əlcəzairdə meşə yanğınları nəticəsində azı 65 nəfər həlak olmuşdu.
Akif İsmayılov