Modern.az

Çin şiddətli istilərlə mübarizə aparır

Çin şiddətli istilərlə mübarizə aparır

Dünya

19 Avqust 2022, 00:25

Çin kənd təsərrüfatı və heyvandarlığı təhdid edən şiddətli quraqlıq və isti dalğasının öhdəsindən gəlməyə çalışır.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Çin ölkənin mərkəzi və cənub-qərb bölgələrində yağıntıların miqdarını artırmaq üçün bulud toxumları səpir.

 

Asiyanın ən uzunu olan Yantszı çayının su səviyyəsi rekord həddə aşağı düşüb. Ölkənin bəzi bölgələrində yağıntı normanın yarısından az olub.

 

Yerli qəzetlərin məlumatına görə, dövlət idarələrindən kondisionerləri 26 dərəcədən aşağı saxlamaları, işçilərdən lift əvəzinə pilləkənlərdən istifadə etmələri istənilib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi