İndoneziya lideri Coko Vidodo Bloomberg-ə bildirib ki, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bir gün əvvəl Putin Vidodo ilə telefonda danışıb, söhbət ərzaq təhlükəsizliyindən gedib. Bundan başqa, noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə hazırlıq məsələsinə də toxunulub.
"Prezident Putin mənə dedi ki, o, gələcək", - İndoneziya rəhbəri deyib. Onun sözlərinə görə, sammitə Çin sədri Si Cinpin də gələcək.
İndoneziyanın Rusiyadakı səfiri Xose Tavaresin verdiyi məlumata görə, Kiyev Vladimir Putin və Vladimir Zelenskinin tam zamanlı iştirak edəcəyi təqdirdə sammit kənarında görüş keçirmək xahişi ilə Cakartaya müraciət etməyib. Eyni zamanda o qeyd edib ki, İndoneziya belə danışıqları təşkil etməyə hazırdır.