İndoneziya noyabrda Balidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Co Baydenin görüşünü təşkil etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares RİA Novosti-yə bildirib.
"Əlbəttə, bunun üçün bütün imkanlar açıqdır", - səfir İndoneziyanın iki dövlət başçısının görüşünü təşkil etməyə hazır olub-olmadığı barədə sualı cavablandırarkən deyib.
Daha əvvəl prezident Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiyanın G20 sammitində iştirak formatı ilə bağlı qərar səfərdən dərhal əvvəl veriləcək.