Modern.az

“Münaqişənin yeganə çıxış yolu danışıqlardır” – Kalın 

“Münaqişənin yeganə çıxış yolu danışıqlardır” – Kalın 

Dünya

19 Avqust 2022, 13:23

Türkiyə Ukraynadakı münaqişədən yeganə çıxış yolunu danışıqlarda görür.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib

 

Onun sözlərinə görə, Ərdoğanın Lvova səfəri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən Türkiyənin diplomatik təşəbbüslərinin davamı kimi qiymətləndirilməlidir. 

 

Ötən gün Lvovda səfərdə olan Kalın Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını söyləyib.

 

Qeyd edək ki, avqustun 18-də Lvovda Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi