Modern.az

Rusiyalı diplomat Rumıniyadan qovuldu

Rusiyalı diplomat Rumıniyadan qovuldu

19 Avqust 2022, 19:52

Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qərarin qəbul edilməsinə səbəb kimi 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.

 

Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarmışdı.

 

Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi