Modern.az

Finlandiya, İsveç və Türkiyə rəsmiləri görüşəcək

Finlandiya, İsveç və Türkiyə rəsmiləri görüşəcək

Dünya

19 Avqust 2022, 21:07

NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç təmsilçiləri avqustun 26-da Türkiyə rəsmiləri ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Görüş Finlandiyada keçiriləcək. Məlumatı Finlandiya tərəfi təsdiqləyib.

 

İsveç Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, ilk iclas avqustun 26-da keçiriləcək.

 

İyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında Ankaranın narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi