Modern.az

ABŞ Çexiyaya pulsuz helikopterlər verəcək 

ABŞ Çexiyaya pulsuz helikopterlər verəcək 

19 Avqust 2022, 21:38

ABŞ Çexiyaya səkkiz ədəd "Bell" hərbi helikopteri verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb.

 

Çexiya Sovet dövründən qalma texnikanı, o cümlədən helikopterləri Ukraynaya ötürməklə öz ordusunun modernləşdirilməsini sürətləndirməyə çalışır.

 

“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bizim aydın və sarsılmaz mövqeyimiz öz bəhrəsini verir”, - müdafiə naziri Yana Çernoxova deyib.

 

ABŞ səfirliyi "Twitter"də bildirib ki, daha əvvəl sifariş edilmiş 12 helikopterdən əlavə daşınma və təkmilləşdirmə xərcləri istisna olmaqla, helikopterlər pulsuz veriləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi