Türkiyə ordusu İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 2 terrorçunun zərərsizləşdirildiyi bildirilir. Nazirliyin yaydığı videoda pilotsuz uçuş aparatları ilə zərbə endirildiyi görünür.
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terrorçulara qarşı əməliyyatları qətiyyətlə davam etdirdiyi vurğulanıb.
Akif İsmayılov