Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndələri gələn ay Zaporojye atom elektrik stansiyasına baş çəkə bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"MAQATE-nin Zaporojye AES-ə missiyası, əgər kənar amillər olmasa, sentyabrda baş tuta bilər”, - o deyib.
Nümayəndə MAQATE-nin Zaporojye AES-in ətrafında demilitarizasiya zonası təklifinə müsbət cavab verməyib.
Akif İsmayılov