Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya yenidən xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ danışıb.
O bildirib ki, İsveç və Finlandiya Türkiyənin terrorla əlaqəsi olan şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə müsbət cavab verməyib.
"Müraciətimizi yenilədik və xahişlərimizi bir daha xatırlatdıq”, - nazir deyib.
Bundan əvvəl Türkiyə hökuməti bildirib ki, İsveç və Finlandiya NATO sammitində imzalanan sazişi yerinə yetirməsə, Ankara bu ölkələrin Alyansa üzv olmasına razılıq verməyəcək.