Modern.az

Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı

Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı

20 Avqust 2022, 23:36

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsindən bir neçə gün əvvəl Çin lideri Si Cinpin telefon danışığında ABŞ prezidenti Co Baydendən səfərin qarşısını almasını istəyib. 

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən yazıb.

 

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Bayden Si Cinpinə deyib ki, o, Pelosini səfərdən imtina etməyə məcbur etmək hüququna malik deyil. Bayden, həmçinin bildirib ki, Pelosi ABŞ Konqresinin digər üzvləri kimi xarici səfərlərlə bağlı müstəqil qərar qəbul edə bilər.

 

Nəşrin yazdığına görə, spiker iki halda səfər qərarını yenidən nəzərdən keçirməyə hazır olub. Belə ki, əgər Bayden birbaşa ondan xahiş etsə və ya Tayvan prezidenti onun dəvətini rəsmi olaraq geri götürsə, Pelosi adaya səfərini ləğv edə bilərdi.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi