Modern.az

BƏƏ səfiri 6 ildən sonra İrana qayıdır

BƏƏ səfiri 6 ildən sonra İrana qayıdır

21 Avqust 2022, 19:49

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrandakı səfiri Seyf Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” BƏƏ Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

 

BƏƏ səfirinin İrana qayıtması Əbu-Dabinin diplomatik nümayəndəlik səviyyəsini səfir səviyyəsinə yüksəltmək barədə əvvəlki qərarı çərçivəsində baş tutub.

 

Ölkənin İrandakı səfiri 2016-cı ilin yanvarında geri çağırılıb.

 

BƏƏ hakimiyyəti İranın nüvə proqramına qarşı çıxıb və ABŞ-ın Tehrana qarşı məhdudiyyətlərini dəstəkləyib. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi