Modern.az

Kipr Türkiyəyə qarşı İsraildən “Dəmir günbəz” ALIR

Kipr Türkiyəyə qarşı İsraildən “Dəmir günbəz” ALIR

21 Avqust 2022, 20:42

Kipr İsraildən "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzəti məlumat yayıb.

 

Bildirilir ki, Kiprin Müdafiə Nazirliyi "Dəmir günbəz"in alınması ilə bağlı hökumətin qərarını həyata keçirməyə başlayıb və artıq İsraillə müqavilələr imzalanıb.

 

İsrail Müdafiə Nazirliyi məlumatı şərh etmək istəməyib.

 

Nəşrin məlumatına görə, sistem Kipr tərəfindən Türkiyəyə qarşı istifadə ediləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi