Almaniya əhalisinin təxminən üçdə ikisi kansler Olaf Şolts və onun hökumətinin işindən narazıdır.
Modern.az xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti sorğu keçirib.
Bildirilir ki, almanların yalnız 25%-i Sosial Demokrat Partiyasının yaxşı iş gördüyünə inanır. Mart ayında bu rəqəm 46% idi.
Hakimiyyətə gəldikdən sonra Şolts Ukraynadakı müharibə, enerji böhranı, inflyasiya və indi də quraqlıq problemi ilə üzləşib.
Tənqidçilər kansleri kifayət qədər liderlik nümayiş etdirməməkdə günahlandırırlar.
Akif İsmayılov