Modern.az

İmran Xana canlı yayım qadağası qoyuldu

İmran Xana canlı yayım qadağası qoyuldu

21 Avqust 2022, 22:50

Pakistanın Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

İmran Xanın çıxışlarının konstitusiyaya və medianın davranış kodeksinə zidd olduğu bildirilir.

 

Xanın çıxışlarında və bəyanatlarında davamlı olaraq dövlət qurumlarına qarşı ittihamlar irəli sürdüyü, əsassız fikirlər səsləndirdiyi, dövlət qurumlarına və məmurlara qarşı təxribat xarakterli bəyanatları ilə nifrət ifadələri yaydığı qeyd olunur.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi