35 yaşlı ispan futbolçu Jerar Pike özündən 10 yaş böyük olan məşhur müğənni Şakiradan ayrılandan sonra özünə yeni sevgili tapıb.
Modern.az xəbər verir ki, “Kosmos” şirkətinin əməkdaşı 23 yaşlı Klara Çia Martilə görüşən Pikenin bu münasibətə Şakira ilə birlikdə olarkən, yoxsa ayrıldıqdan sonra başlaması müzakirələrə səbəb olub.
Qeyd edək ki, Jerar Pike və Şakira xəyanət səbəbindən ayrılıblar. İddialara görə, Jerar Pike Şakiraya 17 yaşlı komanda yoldaşı Qavinin anası ilə xəyanət edib. Daha sonra bu fikirlərin yalan olduğu açıqlanıb. Məşhur müğənnidən boşanma xəbəri ilə dünyanın gündəminə gələn Pike son vaxtlar futbolçu kimi uğursuz günlər yaşayır.