İraqın Kərbəla şəhərində uçqun baş verib.
Modern.az xəbər verir ki, Qəttarat İmam Əli türbəsinin damı çöküb.
Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq olub. Ölü sayının artması istisna edilmir.