Modern.az

Ukraynadan 721 min tondan artıq taxıl daşınıb

Ukraynadan 721 min tondan artıq taxıl daşınıb

Dünya

22 Avqust 2022, 18:07

Avqustun 1-dən bəri Ukrayna limanlarından 721 min 449 ton taxıl daşınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

"Ümid edirəm ki, yaxın günlərdə bu rəqəm daha da artacaq", - deyə nazir bildirib.

 

İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi imzalanıb. Razılaşma dünya bazarlarına çatdırılmaq üçün Ukrayna limanlarından taxılın təhlükəsiz ixracını nəzərdə tutur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi