Modern.az

Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını ÇAĞIRDI

Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını ÇAĞIRDI

Dünya

22 Avqust 2022, 20:23

Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

 

Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub.

 

“Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi