Böyük Britaniyanın yeni Baş nazirinin adı sentyabrın 5-də, Bakı vaxtı ilə saat 15:30-da məlum olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Telekanalın məlumatına görə, hazırkı Baş nazir Boris Conson sentyabrın 6-dan tez olmayaraq Britaniya parlamentində səlahiyyətlərini hakim partiyanın yeni liderinə təhvil verəcək və sentyabrın 7-də Baş nazirin ənənəvi sual-cavab sessiyası baş tutacaq.
Qeyd edək ki, iyulun 7-də Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.
Akif İsmayılov