Krımda istirahət edən rus turist sosial şəbəkə hesabında paylaşdığı foto ilə Rusiyanın hərb sirrini ifşa edib.
Modern.az xəbər verir ki, orta yaşlı kişi çimərlikdə şəkil çəkdirərkən, arxa fonda S-400 hava hücumundan müdafiə sistemi də kadra düşüb. Həmin şəxs bunun fərqində olmadan fotonu sosial şəbəkədə yayıb.
Yevpatoriya yaxınlığında çəkilən foto sayəsində Ukrayna kəşfiyyatı Rusiyanın Krımda yerləşdirdiyi S-400-lərin yerini müəyyən edib.
“Bu adam bizə çox kömək etdi. Sağ olun və belə işləməyə davam edin”,- Ukrayna Müdafiə Nazirliyinin tvitter hesabındakı paylaşımda qeyd olunub.