Modern.az

Avropa ölkələri vəd edilən yardımları vermir - Podolyak

Avropa ölkələri vəd edilən yardımları vermir - Podolyak

Dünya

23 Avqust 2022, 15:08

Qərb dövlətləri nəzərə almalıdırlar ki, Rusiyanın Ukraynada qələbəsi onun həm də NATO üzərində qələbəsi olacaq. Ukraynanı lazımi silahlarla təmin etmək sülhü uzaqlaşdırmır, əksinə yaxınlaşdırır.

 

Modern.az xəbər verir ki,  bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

 

"Soyqırımına, həbslərə, qırğınlara və dağıntılara silahdan başqa cavab yoxdur. Ərazini azad etmək üçün silah lazımdır. Dünya müharibədən yorulub, amma Avropa, Qərb, taleyindən asılı olmayaraq yaşamaq üçün mübarizə aparan ukraynalılar onu da nəzərə almalıdırlar ki, Moskvanın Ukraynada qələbəsi NATO üzərində qələbə demək olacaq. Və biz təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, bütün Avropa ölkələri vəd edilən yardımı vermir”, -deyə Podolyak bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi