Modern.az

Zelenski Putinlə görüş üçün ŞƏRT QOYDU

Zelenski Putinlə görüş üçün ŞƏRT QOYDU

Dünya

23 Avqust 2022, 16:18

Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyada keçiriləcək G-20 sammitində iştirakının döyüş meydanındakı vəziyyətdən asılı olacağını bildirib.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə Polşa Prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında deyib.

 

Ukrayna lideri G-20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalından da söz açıb. O, bəyan edib ki, "Azovstal"da əsir götürülən ukraynalılar qanunsuz məhkəmələrdə mühakimə olacağı təqdirdə danışıqlar heç yerdə olmayacaq. 

 

"O cümlədən G-20 də bura daxildir" , - Zelenski Rusiyaya xəbərdarlıq mesajında vurğulayıb.

 

Qeyd edək ki, bu ilin noyabr ayında İndoneziyada keçiriləcək G-20 sammitində Rusiya prezidentinin də iştirakı nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi