Modern.az

Almaniya kansleri Moskvanı HƏDƏLƏDİ

Almaniya kansleri Moskvanı HƏDƏLƏDİ

Dünya

23 Avqust 2022, 16:48

Qərb Rusiyaya qarşı sərt sanksiyalar kursunu davam etdirəcək, Kiyevə hərbi yardım göstəriləcək və Ukrayna ərazilərinin Rusiyaya qoşulmasını heç vaxt tanımayacaq.

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Krım Platforması sammitində videoformatda çıxışı zamanı deyib.

 

"Rusiyaya qarşı indiyədək görünməmiş miqyaslı sanksiyalara sadiq qalacağıq. Biz Ukraynanı maliyyə cəhətdən dəstəkləyəcəyik və silah tədarükünü davam etdirəcəyik. Hava hücumundan müdafiə sistemlərinin yeni tədarükü də daxil olmaqla, hərbi yardım paketi artıq işə salınıb. Bizim mesajımız ondan ibarətdir ki, hər hansı referendum və ya Ukraynanı ayırmaq üçün edilən digər cəhdlər heç vaxt tanınmayacaq. Bütün bu cür tədbirlər danışıqlar yolu ilə həllə imkan vermir və verməyəcək", - deyə Şolts qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi