Modern.az

Baş nazirin “gözəllik kraliçası” ilə VİDEOSU yayıldı

Baş nazirin “gözəllik kraliçası” ilə VİDEOSU yayıldı

Dünya

23 Avqust 2022, 18:07

Rəqs videoları ilə gündəmə gələn Finlandiyanın Baş naziri Sanna Marin ətrafında müzakirələr səngimir.

 

Modern.az xəbər verir ki, gənc baş nazirin növbəti görüntüləri internetdə yayılıb. 

 

Marinin bu dəfə 2012-ci il "Miss World" müsabiqəsində Finlandiyanı təmsil etmiş keçmiş gözəllik kraliçası Sabina Sarkka ilə rəqs videosu üzə çıxıb. 

 

Xatırladaq ki, Baş nazirin bundan öncə əyləncə məkanında bir kişi ilə rəqs etməsi böyük rezonans doğurmuşdu. Marinin rəqs videolarından sonra onun narkotik vasitələrdən istifadə etməsi barədə iddialar gündəmə gəlib. Lakin gənc hökumət başçısının verdiyi narkotik testinin nəticəsi mənfi olub.

 

"Videonun ictimailəşməsindən məyus oldum. Axşamı dostlarımla keçirdim. Narkotik və ya spirtdən istifadə etməmişəm. Rəqs etdim, oxudum, əyləndim və tamamilə qanuni işlərlə məşğul oldum", - baş nazir ittihamlara cavab olaraq deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi