Modern.az

Slovakiya Ukraynaya hərbi texnika göndərir

Slovakiya Ukraynaya hərbi texnika göndərir

Dünya

23 Avqust 2022, 18:01

Slovakiya Ukraynaya 30 ədəd BVP-1 piyada döyüş maşını verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

 

Onun sözlərinə görə, Ukraynaya, həmçinin döyüş sursatı, ehtiyat hissələri göndəriləcək və kompleks təqdim olunacaq. Bunun müqabilində Slovakiya Almaniyadan 15 ədəd "Leopard" tankı alacaq.

 

Qeyd edək ki, bundan əvvəl Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi, Mi seriyalı hərbi helikopterlər, özüyeriyən haubitsalar və “Qrad” reaktiv yaylım atəşi sistemləri hədiyyə edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi