ABŞ Ticarət Nazirliyi daha 7 Çin şirkətini "qara siyahı"ya salıb.
Modern.az xəbər verir ki qərar federal reyestrdə dərc olunub. ABŞ rəsmiləri hesab edirlər ki, Çin şirkətlərinin işi ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır.
Şirkətlətin bəziləri aerokosmik sənaye sahəsində fəaliyyət göstərir, biri isə kommersiya şirkətidir.
Məlumata görə, şirkətlər Çinin hərbi modernləşdirilməsi üçün ABŞ istehsalı olan məhsullar əldə edib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ölkələr arasında münasibətlər kəskinləşib.
Akif İsmayılov