Almaniya Ukraynaya 500 milyon avro dəyərində yeni silahlar tədarük etməyi planlaşdırır.
Modern.az xəbər verir, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Almaniya Ukraynaya əlavə 3 ədəd "İris-T" hava hücumundan müdafiə sistemi, onlarla zirehli xilasetmə maşını, 20 reaktiv yaylım atəşi sistemi, dəqiq idarə olunan döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri tədarük etməyi planlaşdırır.
Silahların 2023-cü ildə, bəlkə də daha tez çatdırılacağı gözlənilir. Qərar Almaniya parlamenti tərəfindən təsdiq edilməlidir.
Akif İsmayılov