Modern.az

Rusiya və Fransa arasında Zaporojye müzakirəsi

Rusiya və Fransa arasında Zaporojye müzakirəsi

Dünya

23 Avqust 2022, 20:17

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasının Zaporojye Atom Elektrik Stansiyasına göndərilməsini müzakirə edib.

 

Bundan əvvəl eyni mövzunu iki ölkənin prezidentləri müzakirə ediblər.

 

“Nazir nüvə təhlükəsizliyi üçün obyektin Rusiya silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı riskləri vurğulayıb” , - Fransa tərəfi danışıqlardan sonra bildirib.

 

Rusiya tərəfinin məlumatına əsasən, Lavrov bəyan edib ki, “Kiyev Avropanın ən böyük AES-i və ona bitişik əraziləri atəşə tutmaqda davam edir, xarici sponsorlarının aşkar razılığı ilə bütün Avropa əhalisini təhlükə altına alır”.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi