Yaponiya Ukraynada infrastrukturun yenidən qurulması üçün əlindən gələni edəcək.
Modern.az xəbər verir ki, bunu İkinci Krım Platforması sammitində onlayn çıxışı zamanı Yaponiyanın Baş naziri Kişida Fumio deyib.
O, Yaponiyanın Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib
Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib.
Akif İsmayılov