Modern.az

İtaliya rus məmurlara verilən mükafatları ləğv etdi 

İtaliya rus məmurlara verilən mükafatları ləğv etdi 

Dünya

23 Avqust 2022, 22:09

İtaliya 10 rusiyalı məmur və iş adamını dövlət mükafatından məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

 

Müvafiq sənədləri prezident Sercio Mattarella imzalayıb. 

 

Bildirilir ki, Rusiya xarici işlər nazirlərinin müavinləri Aleksandr Qruşko və Yevgeni İvanov, Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Sberbank İdarə Heyətinin sədri German Qref, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, "Qazprom Neft"in İdarə Heyətinin sədri Aleksandr Dyukov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) prezidenti Aleksandr Şoxin və iş adamı Andrey Melniçenkonun mükafatları ləğv edilib.

 

Mükafatlardan məhrum edilən digər iki nəfərin kim olduğu məlum deyil.

 

Bu şəxslər müxtəlif dərəcəli "İtaliya Ulduzu" ordeni ilə təltif olunublar. Mükafat İtaliya ilə digər ölkələr arasında əməkdaşlığın inkişafına görə verilir. Artıq İtaliyada Rusiyanın Baş naziri Mixail Mişustin, Baş nazirin müavini və ticarət naziri Denis Manturov dövlət mükafatlarından məhrum ediliblər. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi